15 Oktyabr 2025, 15:50
FUTBOL
"Betis" mövsümün sonunda "Fənərbaxça"dan icarəyə götürdüyü Sofian Amrabatla bağlı qərar verib.
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi mərakeşli yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İspaniya klubu Amrabat üçün İstanbul nəhəngi ilə danışıqlara başlayacaq. "Fənərbaxça" 30 yaşlı dayaq yarımmüdafiəçisini 12 milyon avrodan aşağı məbləğə satmağı düşünmür.
Qeyd edək ki, Sofian Amrabat "Betis"in heyətində 5 oyunda meydana çıxıb.