Almaniya U-21 millisinin üzvü Muhammed Damar Türkiyənin şərəfini qoruya bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Ay-ulduzlular"ın baş məşqçisi Vinçentso Montella "Hoffenhaym"ın futbolçusu ilə telefonla danışıb. İtalyan mütəxəssis 21 yaşlı hücumameyilli yarımmüdafiəçiyə onu Türkiyə millisində görmək istədiyini bildirib. Oyunçu düşündükdən sonra qərarını verəcək.

Qeyd edək ki, Muhammed Damar Almaniya U-21 yığmasında keçirdiyi 4 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest