"Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandla ciddi maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Bildirilir ki, klub prezidenti Joan Laporta heyəti gücləndirmək fikrindədir və 24 yaşlı hücumçunu transfer etməyi düşünür. Təxminən 125 milyon avro dəyərində qiymətləndirilən transferi maliyyələşdirmək üçün klub rəhbərliyi bir neçə oyunçu, ilk növbədə Ronald Arauxo ilə ayrılmağa hazırdır. Dani Olmo və Fermin Lopez də satışa çıxarılacaq.

Qeyd edək ki, bu mövsüm Haaland bütün turnirlərdə klub üçün 8 oyuna çıxıb, 11 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" norveçli hücumçunu 180 milyon avro qiymətləndirir. Yalnız Lamin Yamal 200 milyon avro ilə norveçlidən daha dəyərlidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest