03 Oktyabr 2025, 15:19
FUTBOL
"Bayer" yarımmüdafiəçi Esekyel Palasiosun müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Argentinalı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Bayer" Esekyel Palasiosu 2020-ci ilin yanvar ayında "River Pleyt"dən transfer edib. Argentina millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində 2 oyunda iştirak edib.












