03 Oktyabr 2025, 13:54
FUTBOL
"Nyukasl"ın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, müdafiəçi Dino Livramento sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Eddi Hou məlumat verib.
İngiltərə millisinin üzvü dizindən zədə alıb. 22 yaşlı sağ cinah müdafiəçisi 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Dino Livramento bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 8 rəsmi matçda 11 qol ötürməsi edib.












