"Mançester Yunayted" "Fortaleza"dan 17 yaşlı kolumbiyalı müdafiəçi Kristian Orozkonu transfer etmək üçün razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, transfer İngiltərə klubuna 1 milyon avroya başa gələcək. Müqavilə 2026-cı ilin yayında qüvvəyə minəcək, çünki yarımmüdafiəçinin iyulun 13-də 18 yaşı tamam olacaq.

Qeyd edək ki, Orozko bu yay "Fortalez"ya qoşulub. Yarımmüdafiəçi Kolumbiyanın U-17 komandasının heyətində 9 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest