01 Avqust 2025, 14:17
FUTBOL
Elçin Məsiyev Rumıniyada ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək ilk oyununu idarə edəcək.
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin görüşünə təyinat alıb.
Matc.az xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək ilk oyununu idarə edəcək.
Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.
Qeyd edək ki, qarşılaşma avqustun 7-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.