31 İyul 2025, 17:50
FUTBOL
Premyer Liqaya yüksələn "İmişli" heyətinə yeni oyunçu cəlb edib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisi Nikola Karaklayiçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"İmişli" serbiyalı vingerlə 2 illik müqavilə imzalayıb. 30 yaşlı futbolçunun son klubu ölkəsində "Napredak" olub.