29 İyul 2025, 14:25
FUTBOL
Sabah Bakı vaxtı ilə saat 19:30-da baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı olacaq. Bundan yarım saat sonra isə komanda oyunöncəsi son məşqinə çıxacaq.
"Araz-Naxçıvan" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin "Aris"lə cavab oyunu üçün Yunanıstana yollanıb.
Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi artıq matçın keçiriləcəyi Saloniki şəhərindədir.
Sabah Bakı vaxtı ilə saat 19:30-da baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı olacaq. Bundan yarım saat sonra isə komanda oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Bakıda keçirilən ilk görüş naxçıvanlıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.






