Forma "Kappa" tərəfindən xüsusi olaraq "Neftçi" üçün dizayn edilib və hazırlanıb.

"Neftçi" 2025/26 mövsümünün səfər forması bu ilin payızında qeyd edəcəyimiz şanlı Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş oyun dəsti hazırlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, "Kappa" tərəfindən xüsusi olaraq "Neftçi" üçün dizayn edilib və hazırlanıb.

Hərbi geyimlərin əsasını təşkil edilən kamuflyaj naxışları, "Neftçi" loqosunun xüsusi qızılı rənglə işlənməsi, arxa boyun hissəsindəki "Zəfər bizimdir!" şüarı ilə bu forma sadəcə oyun dəsti olmaqla kifayətlənmir - o, xalqımızın böyüklüyünün və qürurunun əyani ifadəsidir. Azərbaycanın zəfər ruhunu yaşadan bu forma milli birliyin və əzmin rəmzi kimi meydanlarda öz yerini tapacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest