"Qəbələ"dən ayrılan Lukas Afrikonun yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Türkiyənin "Vansspor" klubuna keçib.

Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Afriko ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı futbolçu 2023/2024 mövsümündə “Qəbələ”də oynayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest