12 İyul 2025, 20:42
FUTBOL
"Beşiktaş" "Benfika"da çıxış edən Orkun Kökçünün transferini yekunlaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü artıq tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İstanbula gedib.
Qeyd edək ki, "Beşiktaş" Orkun Kökçünü 5 milyon avro qarşılığında 1 illik icarəyə götürüb. "Qara qartallar" 25 milyon avro ödəyərək 24 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnəcək.