İspaniya La Liqasında 34-cü turunda "Real" doğma meydanda "Selta" ilə üz-üzə gəlib.
Matc.az xəbər verir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar. Meydan sahbiləri 3:2 hesabı ilə qalib gəlib.
Hesabı 33-cü dəqiqədə "Real"ın yarımmüdafiəçisi Arda Gülər müdafiəçi Lukas Vaskesin ötürməsi ilə açıb. 39-cu dəqiqədə Kilian Mbappe yarımmüdafiəçi Cud Bellinqemin ötürməs ilə fərqi artırıb. 48-ci dəqiqədə Gülərin məhsuldar ötürməsini alan Mbappe dubl edib. 69-cu dəqiqədə "Selta"nın müdafiəçisi Xavi Rodriqes fərqlənib. 76-cı dəqiqədə hücumçu Villot Svedberq qonaqların ikinci qolunu vurub.
Qeyd edək ki, 34 matçdan sonra "Real" 75 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. "Selta" da eyni sayda oyundan sonra 46 xalla yeddinci yerdə qərarlaşıb. Turnir cədvəlinə aktivində 79 xalı olan "Barselona"sı başçılıq edir.