"Real" müqaviləsi 30 iyunda başa çatacaq sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun komandaya daha erkən qoşulması üçün "Liverpul"a 1 milyon avro ödəməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" xəbər verir.

Daha əvvəl mətbuatda "Kral klubu"nun ingilis futbolçunun iyunun 15-də başlayacaq klublararası dünya çempionatı başlamazdan əvvəl komandaya qoşulmasını istədiyi barədə məlumat yayılmışdı. "Liverpul" müqaviləyə vaxtından əvvəl xitam verdiyinə görə 1,5-2 milyon avro məbləğində təzminat tələb etdiyi də bildirilmişdi. Mersisaydlıların ikinci şərti isə Aleksandr-Arnoldun iyun ayı maaşından imtina etməsi olub.

Qeyd edək ki, klublararası dünya çempionatı ABŞ-da keçiriləcək və iyulun 13-dək davam edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest