04 May 2025, 14:50
FUTBOL
Arda Gülər 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçəndə müqaviləsinə bənd daxil edilib ki, Madrid klubu üçün 50 oyunluq səddi keçdikdən sonra Türkiyə klubu İspaniya nəhəngi ilə bir yoldaşlıq oyunu keçirməyə haqq qazanacaq.
Matc.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Yağız Sabuncuoğlu məlumat verib.
Bildirilir ki, "Fənərbaxça" "Real"dan 4 milyon avro mükafat da alıb.
Gülərin "Real" forması ilə keçirdiyi 50-ci matçı isə Kral Kubokunun finalında "Barselona" ilə qarşılaşması olub. Bu oyunda "Real" 2:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Gülər ispan nəhəngində çıxış etdiyi müddətdə 10 qol vurub, 8 məhsuldar ötürmə edib.