03 May 2025, 22:47
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Əhli" ilə Yaponiyanın "Kavasaki Frontale" klubu arasında Asiya Çempionlar Liqasının final oyunu başa çatıb.
Matc.az xəbər verir ki, komandalar Qətərin Ciddə şəhərindəki "King Abdullah Sports City" stadionunda qarşılaşıblar.
"Əl-Əhli" 2:0 hesabı ilə inamlı qələbə qazanıb.
Matçın ilk qolunu 35-ci dəqiqədə braziliyalı cinah oyunçusu Venderson Qaleno vurub. 42-ci dəqiqədə yarımmüdafiəçi Frank Kessi komandasının ikinci qoluna imza atıb. Hər iki qolun assistini isə "Liverpul"un sabiq futbolçusu Roberto Firmino edib.
Xatırladaq ki, yarımfinalda "Kavasaki Frontale" Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" komandasına qalib gəlib (3:2), "Əl-Əhli" isə "Əl-Hilal"dan (3:1) güclü olub.