"Real" "Benfika"nın sol cinah müdafiəçisi Alvaro Karreras ilə maraqlanır və onu daha sərfəli qiymətə almaq üçün "Mançester Yunayted"ə müraciət edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, Karrerasın müqaviləsində 50 milyon avroluq sərbəst qalma bəndi var. Lakin "qırmızı şeytanlar" üçün bu məbləğ 18 milyon avrodur. "Real" "Mançester Yunayted"in müdafiəçinin sərbəst qalma müddəasını 18 milyon avroya aktivləşdirmək variantını nəzərdən keçirir. Daha sonra madridlilər Karrerası ingilis klubundan 30-35 milyon avroya ala bilər.

Qeyd edək ki, ispan futbolçu ötən yay "Mançester Yunayted"dən Portuqaliya klubuna keçib. O, bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Karrerasın klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 28 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest