"Haydenhaym"ın qapıçısı Kevin Müller Almaniya Bundesliqasının 32-ci turunda, "Bohum"la oyunda ciddi zədə alıb.

Matc.az xəbər verir ki, bu bardə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın 49-cu dəqiqəsində Müller və qonaq komandanın futbolçusu İbrahima Sissoko cərimə meydançasında toqquşub. Qapıçı başından zədə alıb və xərəkdə meydançadan çıxarılıb.

Haydenhaym xəstəxanasına aparılan qolkiper, müayinələrdən sonra beyin sarsıntısı keçirdiyi məlum olub. Mülleri nə qədər müddətə sıradan çıxdığı isə hələlik məlum deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest