03 May 2025, 13:35
FUTBOL
"Mançester Siti" "Qalatasaray"ın 25 yaşlı yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Fanatik" paylaşıb.
Bildirilir ki, braziliyalı futbolçunun potensial transferi vətəndaşlara 40 milyon avroya başa gələ bilər. Sara ilə "Aston Villa", "Nottingem Forest" və "Everton"un da maraqlandığı vurğulanır.
Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 41 oyuna çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Saranın klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 22 milyon avrodur.