03 May 2025, 13:00
FUTBOL
Misli Premyer Liqasının XXXIII turunda keçiriləcək "Qarabağ" – "Sumqayıt" qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb.
Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də "Azersun Arena"nın kassasında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" – "Sumqayıt" qarşılaşması sabah saat 18:00-da "Azersun Arena"da baş tutacaq.