Yamalın "Barselona"nın ən çox maaş alan oyunçusu olacağı gözlənilir. Onun maaşının 35 milyon avro ilə 40 milyon avro arasında olacağı təxmin edilir.
"Barselona"nın soyunub-geyinmə otağında 17 yaşlı vinger Lamin Yamalla bağlı kifayət qədər həssas vəziyyət yaranıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "El Nacional" nəşri məlumat yayıb.
Bu yay gənc ulduzun 18 yaşı tamam olacaq, bundan sonra onun klubla razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş peşəkar müqaviləsi qüvvəyə minəcək. Yamal gənclərlə ilkin əmək müqaviləsi əsasında oynayır və ildə 3 milyon avro maaş alır. Lakin həddi-büluğa çatanda aldığı nəticəyə uyğun olaraq yeni maaş alacaq.
Beləliklə, Yamalın "Barselona"nın ən çox maaş alan oyunçusu olacağı gözlənilir. Onun maaşının 35 milyon avro ilə 40 milyon avro arasında olacağı təxmin edilir. Bu da klubun hazırkı ən çox maaş alan polşalı forvard Robert Levandovskidən çoxdur.
Bəhs edilən amil artıq "Barselona"nın soyunub-geyinmə otağındakı bəzi futbolçuları, xüsusən də komandanın veteranlarını narahat etməyə başlayıb. Onlar iyerarxiya və maaş balansının pozulacağına inanır və belə bir gənc oyunçunun bu cür imtiyazlar almasının kluba lazım olub-olmadığı sualı yaranır.
Bununla yanaşı, "Barselona"da Yamalın böyük istedadını qəbul edən və onu Kataloniya klubunun gələcəyi üçün əsas oyunçu kimi görən başqa oyunçular da var.