03 May 2025, 11:30
FUTBOL
Bu yay azad agent statusunda olacaq "Bavariya"nın hücumçusu Tomas Müller karyerasını MLS-də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport Deutschland" paylaşıb.
Bildirilir ki, "Los-Anceles" almaniyalı forvardla müqavilə imzalamaq niyyətindədir. Daha əvvəl Münhen klubunun 35 yaşlı forvardla müqaviləni yeniləməyəcəyi məlum olub.
Qeyd edək ki, Müller bütün karyerasını "Bavariya"da keçirib. O, klubda 748 oyun keçirib, 248 qol vurub və 274 məhsuldar ötürmə edib.