"Real" "Milan"ın 27 yaşlı sol cinah müdafiəçisi Teo Hernandesə xüsusi maraq göstərir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.
Bildirilir ki, fransalı futbolçu Madrid klubunun bütün tələblərinə cavab verir. Hernandes İspaniya çempionatına asanlıqla uyğunlaşacaq təcrübəli futbolçudur. Hernandesin "Milan"la müqaviləsi də 2026-cı ilin yayında başa çatır ki, bu da onu münasib qiymətə əldə etmək imkanı verir.
Qeyd edək ki, Teo Hernandes Madrid "Atletiko"sunun akademiyasının məzunudur. 2017-2019-cu illərdə o, artıq "Real"da çıxış edib.
Bu mövsüm müdafiəçi bütün turnirlərdə 46 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Hernandesin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermark"t portalında futbolçunun dəyəri 40 milyon avrodur.