Portuqaliyalı mütəxəssislə müqaviləyə Asiya Çempionlar Liqasının yarımfinalında "Əl-Əhli"yə məğlubiyyətdən (2:3) iki gün sonra xitam verilib.

"Əl-Hilal" baş məşqçisi Xorxe Jesusla yolları ayırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı paylaşıb.

Portuqaliyalı mütəxəssislə müqaviləyə Asiya Çempionlar Liqasının yarımfinalında "Əl-Əhli"yə məğlubiyyətdən (2:3) iki gün sonra xitam verilib. Jesusun özü əvvəllər qeyd etmişdi ki, bu turnirdə qələbə mövsümün əsas məqsədidir.

Jesusun "Əl-Hilal"a ikinci gəlişindən sonra Səudiyyə Ərəbistanı çempionatı, iki Superkubok və Kral Kubokunu qazanıb. Onun müqaviləsinin bitməsinə bir il var idi.

Qeyd edək ki, ümumilikdə portuqaliyalı mütəxəssis klubun "sükanı arxasında" 130 oyunda 101 qələbə qazanıb, 18 heç-heçə edib və 11 dəfə məğlubiyyətlə üzləşib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest