"Arsenal"ın idman direktoru Andrea Berta "Sportinq"in hücumçusu Viktor Qyökereşin transferində israrlıdır. Artıq tərəflər arasında bir sıra danışıqlar aparılıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı social şəbəkə hesabında jurnalist Florian Plettenberq məlumat verib.

Bildirilir ki, Portuqaliya klubu ilə isveçli futbolçu arasında şifahi razılıq var ki, 60-70 milyon avroluq təklif gəlsə, yayda komandadan ayrıla bilər.

"Topçular"ın əsas siyahısına "Nyukasl"ın hücumçusu Aleksander İsak da daxildir, lakin "Arsenal" onun üçün tələb olunan qiymətin çox yüksək olduğuna inanır.

Qeyd edək ki, Qyökereş bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 52 qol vurub və 12 məhsuldar ötürmə edib. 26 yaşlı hücumçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest