"Araz-Naxçıvan"ın da büdrəməyini də gözləyəcəyik. Üç oyunumuz qalıb ki, onları qazanmalıyıq".

"Zirə"nin güclü tərəfi nə idisə, o da işə yaradı. Əks-hücumda yaxşı, sürətli hücumçuları var. Oyunçularımızı xəbərdar etməyimizə baxmayaraq, işə yaramadı".

Matc.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 33-cü turunun "Zirə" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, komandasının 0:1 hesablı məğlubiyyətini şərh edib.

"Turan Tovuz" avrokuboklara vəsiqə qazansa, nəyə ümid edə bilər? 
- Gəlin əvvəlcə harasa getməyin özü barədə düşünək. Təbii ki, belə oyunla harasa getmək çətindir. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlarda razı qaldım. Amma ümumilikdə yox. Həvəsli idik. Bu bizi razı saldı. Əks-hücumlar barədə oyunçularımı xəbərdar etmişdim.

Həm "Zirə", həm də "Araz-Naxçıvan"la sizinlə matçlarda azlıqda qalmışdı. Bundan faydalanamağı niyə bacarmırsız? Rəqiblərinizin qırmızı vərəqə alması nəyə görə komandanın əleyhinə işləyir?
- Təbii ki, bu xokkey deyil ki, 100 faiz yoxluq özünü göstərsin. Doğrudur, hardasa üstünlük verir. Amma bəzən tam üstünlük olmur. "Zirə" də ağıllı müdafiə olunurdu. Praktiki olaraq, bizim şansımız yox idi.

"Traktor" tarixində ilk dəfə İran çempionu oldu. Onlar haqda nə düşünürsüz?
- "Traktor"un rəqibinin də nəticəsindən çox şey asılı olduğunu bilirdim. Çempion olduqlarını indi eşidirəm. "Traktor"u təbrik edirəm. Mohammed Reza Zonusini də təbrik edirəm, uzun müddət idi ki, bu yöndə irəliləyirdi. Allaha şükürlər olsun ki, bu baş verdi. Mütləq onu təbrik edəcəm.

Avrokuboklara yollanmaqda ötrü, "Qarabağ"a kubokun finalında azarkeşlik etməkdən başqa çarə görürsüz?
- Sözsüz ki, belə olacaq. Amma "Araz-Naxçıvan"ın da büdrəməyini də gözləyəcəyik. Üç oyunumuz qalıb ki, onları qazanmalıyıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest