02 May 2025, 20:27
FUTBOL
"İnter" hücumçusu və komandanın kapitanı Lautaro Martinezin səhhəti ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında paylaşılıb.
"Bu səhər Lautaro Martinez müxtəlif klinik və instrumental müayinələrdən keçib. Argentinalı hücumçunun sol bud nahiyəsində əyilmə əzələsində gərginləşmə olduğu müəyyən edilib. Onun vəziyyəti günbəgün izlənəcək".
Xatırladaq ki, Martinez Çempionlar Liqasının yarımfinalının "Barselona" ilə ilk oyununda (3:3) zədələnib və fasilədə əvəzlənib. Komandalar arasında cavab matçı mayın 6-da baş tutacaq.