02 May 2025, 17:51
FUTBOL
Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan Lukas Vaskes gələcəyi ilə bağlı qərarını verib.
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı sağ cinah müdaiəçisi "kral klubu"nu tərk edəcək. Vaskes sözləşməsinin müddətini uzatmayacaq.
İspan futbolçu azad agent statusu ilə La Liqa klubunu tırk edəcək.
Qeyd edək ki, Lukas Vaskes 16 yaşında "Real"ın akademiyasına qoşulub. Təcrübəli oyunçu bir mövsüm icarə əsasında "Espanyol"da çıxış edib. İspaniya millisinin üzvü karyerasının qalan hissəsini Madrid təmsilçisində keçirib. Vaskes bu mövsüm komandanın heyətində meydana çıxdığı 46 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.