02 May 2025, 15:10
FUTBOL
"Tottenhem" mövsümün sonunda Anqe Postekoqlu ilə yollarını ayırmağı planlaşdırır.
Matc.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin yeni baş məşqçi postu üçün əsas namizədi də bəllidir.
Belə ki, "Tottenhem" Xavini komandanın "sükanı arxasına" gətirmək istəyir. İspan mütəxəssisin Premyer Liqada çalışmağa isti yanaşdığı bildirilir.
Qeyd edək ki, Xavinin son iş yeri "Barselona" olub. 45 yaşlı məşqçi 2023/2024 mövsümünün sonunda istefaya göndərilib.