02 May 2025, 12:23
FUTBOL
"Bayer" mövsümün sonunda "Real"ın baş məşqçisi təyin olunacağı gözlənilən Xabi Alonsoya əvəzləyici axtarır.
Matc.az xəbər verir ki, son Almaniya çempionunun əsas hədəfi Erik ten Haqdır. Bu barədə "Kicker" nəşri məlumat yayıb.
"Bayer"in nümayəndələri artıq niderlandlı mütəxəssislə ilkin danışıqlar aparıb. Tərəflərin arasında anlaşma əldə olunduğu bildirilir.
Qeyd edək ki, Erik ten Haqın son iş yeri "Mançester Yunayted" olub. 55 yaşlı məşqçi ötən ilin oktyabr ayında istefaya göndərilib.