"Arsenal" müdafiə xəttini yebi oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Premyer Liqa klubu "Roma"da çıxış edən Evan Ndickanı transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Arsenal" mövsüm bitdikdən sonra "Roma" ilə danışıqlara başlamağı planlaşdırır. Fil Dişi Sahili millisinin üzvü olan mərkəz müdafiəçisi ilə PSJ də maraqlanır.

Qeyd edək ki, "Roma" Evan Ndickanı 2023-cü ilin yayında "Ayntraxt"dan transfer edib. 25 yaşlı futbolçu bu mövsüm A Seriyas təmsilçisinin heyətində keçirdiyi 47 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest