Qətər milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Matc.az xəbər verir ki, Asiya təmsilçisini Yulen Lopeteqi çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

İspan mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Yulen Lopeteqi son olaraq "Vest Hem"İ çalışdırıb. O, daha əvvəl İspaniya millisinin baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest