01 May 2025, 22:44
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş karyerasını İranda davam etdirə bilər.
Matc.az İran mətbuatna istinadən xəbər verir ki, "Persepolis" 30 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.
Tehran təmsilçisinin baş məşqçisi İsmail Kartal "Fənərbaxça"da onun rəhbərliyi altında oynamış türk oyunçunu komandasında görmək istəyir. Türkiyə millisinin sabiq üzvü özü də "Persepolis"ə keçməyə isti yanaşır.
Qeyd edək ki, 2020-ci ildən "Fənərbaxça"da çıxış edən Mert Hakan Yandaş bu mövsüm komandanın heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 4 asist edib.