01 May 2025, 20:06
FUTBOL
"Loryen"in futbolçusu Artur Avom Avropanın bir çox klublarının transfer siyahısına düşüb.
Matc.az xəbər verir ki, kamerunlu yarımmüdafiəçini transfer etmək istəyən klublardan biri də "Çelsi"dir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
London klubu Avomla yayda müqavilə imzalamağa çalışacaq. "Çelsi"nin planı 20 yaşlı oyunçunu transfer etdikdən sonra onu bir mövsümlük "Strasburq"a icarəyə verməkdir.
Qeyd edək ki, Artur Avom bu mövsüm "Loryen"in heyətində Liqa 2-də keçirdiyi 30 oyunda 2 qol və 5 qol ötürməsi ilə yadda qalıb.