01 May 2025, 18:19
FUTBOL
"Fulhem"in müdafiəçisi Antoni Robinson Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az "TBR Football"a istinadən xəbər verir ki, "Liverpul" amerikalı futbolçunu transfer etmək istəyir.
Mersisayd klubu Robinson üçün "Fulhem"lə danışıqlara başlayacaq. "Liverpul" qarşı tərəfə Harvi Elliotu və müəyyən məbləğdə pul təklif edəcək.
Qeyd edək ki, Antoni Robinson bu mövsüm "Fulhem"İn heyətində keçirdiyi 30 oyunda 10 qol ötürməsi edib. 27 yaşlı sol cinah müdafiəçisinin Premyer Liqa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.