"Qalatasaray"ın hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, nigeriyalı futbolçu "Əl-Hilal"a keçməyə yaxındır.

Osimhenin müqavilə ilə məxsus olduğu "Napoli" ərəblərlə anlaşıb. "Əl-Hilal" 26 yaşlı forvard üçün İtaliya klubuna 65 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Qalatasaray" Vİktor Osimheni mövsümün əvvəlində icarəyə götürüb. Ulduz futbolçu "sarı-qırmızılar"ın heyətində keçirdiyi 36 oyunda 31 qol vurub, 8 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest