"Çelsi"nin yarımmüdafiəçisi Romeo Laviya komandadan ayrıla bilər.

Matc.az İngiltərə mətbuatı istinadən xəbər verir ki, London klubu belçikalı futbolçu ilə yollarını ayırmaq istəyir.

"Çelsi" iki varianti nəzərdən keçirir. İlk seçim 21 yaşlı dayaq yarımmüdafiəçisinin icarəyə verilməsidir. İkinci variant isə futbolçunun satılmasıdır. Premyer Liqa klubu gənc oyunçu üçün gələcək 45 milyon funt-sterlinqlik təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Çelsi" Romeo Laviyanı 2023-cü ilin avqust ayında "Sauthempton"dan transfer edib. Belçika millisinin üzvü bu mövsüm "mavilər"in heyətində 14 oyunda iştirak edib və 1 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest