"Çelsi"nin qadınlardan ibarət komandası 2024/2025 mövsümünün İngiltərə çempionu olub.

Matc.az xəbər verir ki, London klubu "Mançester Yunayted"ə minimal hesabla qalib gələrək vaxtından əvvəl çempionluğu təmin edib.

Beləliklə, "Çelsi"nin ən yaxın təqibçiləri londonluları ötmək üçün riyazi şanslarını itiriblər. Hazırda "Çelsi"nin 54 xalı, liqa cədvəlinin ikinci pilləsində qərarlaşan "Arsenal"ın isə 45 xalı var. İlk "üçlüy"ü 43 xalla "Mançester Yunayted" tamamlayır.

Qeyd edək ki, ötən mövsüm də "Çelsi" qadın futbolunda İngiltərə çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest