01 May 2025, 11:18
FUTBOL
Messinin formasını geyindiyi "İnter Mayami" (ABŞ) KONKAKAF Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Vankuver" ilə üz-üzə gəlib.
Matc.az xəbər verir ki, argentinalı futbolçunun komandası 1:3 hesabı ilə uduzub.
Komandalar arasındakı ilk oyunda iki cavabsız qolla qələbə qazanan "Vankuver" finala vəsiqə qazanıb.
Xatırladaq ki, Ronaldolunun formasını geyindiyi "Əl-Nəsr" də Asiya Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırıb. Səudiyyə Ərəbistanı klubu "Kavasaki Frontale" komandasına 2:3 hesabı ilə uduzub.