01 May 2025, 10:42
FUTBOL
"Real"ın hücumçusu Rodriqo yayda Madrid klubunu tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, o, Kilian Mbappe, Vinisius və Cud Bellinqem ilə bir komandaya uyğun olmadığını hiss edir. "Qızıl top" və "The Best" mükafatlarına namizəd göstərilməməsi braziliyalını bu fikrə inandırıb.
Qeyd edək ki, cari mövsüm İspaniya La Liqasında Rodriqo 30 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.