2024-cü ilin dekabrında rüşvət verdiyinə və aldığına görə 20 il müddətinə azadlıqdan məhrum edilən Çin millisinin keçmiş baş məşqçisi Li Te məhkəmədə apellyasiya şikayətini uduzub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" paylaşıb.
Bildirilir ki, məhkəmə ilkin hökmü qüvvədə saxlayıb.
2015-ci ildən 2021-ci ilə qədər Li Te ümumilikdə 120 milyon yuan məbləğində rüşvət verib və alıb. Məhkəmə müəyyən edib ki, Li "milli komandaya müəyyən şəxsləri seçmək" üçün rüşvətdən istifadə edib, həmçinin klublara yarışlarda qalib gəlməyə və oyunçularla müqavilə imzalamağa kömək edib. 47 yaşlı mütəxəssis rüşvət almaq və vermək, dövlət qulluğunda olmayan təşkilatlara və şəxslərə rüşvət vermək də daxil olmaqla, cinayətlərin birləşməsinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Li Te 2019-cu ilin sonundan Çin millisinin baş məşqçisi olub və 2 il sonra istefa verib.