Bu gün Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Matc.az xəbər verir ki, son oyun günündə Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Yaponiyanın "Kavasaki Frontale" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Yaponiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:3.
Hesabı 10-cu dəqiqədə "Kavasaki Frontale"nin hücumçusu Tatsuya İto açıb. Meydan sahibləri buna 28-ci dəqiqədə Sadio Manenin qolu ilə cavab verib. Matçın 41-ci dəqiqəsində "Kavasaki Frontale"nin yarımmüdafiəçisi Yuto Ozeki ikinci qolu vurub. Üçüncü qolu isə Erisonun ötürməsindən Akihiro İenaqa vurub. Qonaqların qapısına ikinci qolu Ueslinin ötürməsindən "Əl-Nəsr"in yarımmüdafiəçisi Ayman Yəhya vurub. Kriştiano Ronaldo isə fərqlənə bilməyib bilməyib.
Beləliklə, "Kavasaki Frontale" Asiya Çempionlar Liqasına finalına vəsiqə qazanıb.
Qeyd edək ki, Asiya Çempionlar Liqasının finalı mayın 3-də baş tutacaq. "Kavasaki Frontale" "Əl-Əhli" ilə qarşılaşacaq.