Braziliya Futbol Federasiyası "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə danışıqların nəticəsiz qalmasından sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun çalışdırıcısı Xorxe Xesusla əlaqəni bərpa edib

Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında insayder Nikolo Şira paylaşıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssis artıq "Əl-Hilal"dan ayrılmağa razılaşıb.

Xatırladaq ki, Braziliya millisi 2025-ci ilin martında komandadan ayrılan 63 yaşlı Dorival Juniorun qovulmasından sonra məşqçisiz qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest