30 Aprel 2025, 12:10
FUTBOL
Misli Premyer Liqasında çıxış edən "Kəpəz", "Səbail", "Sabah" və "Qarabağ" klubları cərimələnib.
Matc.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Gəncə təmsilçisi "Zirə" ilə XXXII turun oyununda azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə (bu hal üçüncü dəfə yaşandığı üçün) 1000 manat ziyana düşüb.
"Səbail" isə "Araz-Naxçıvan"la matçda 4 oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
"Sabah" "Qarabağ"la görüş bitdikdən sonra meydana kənar şəxsin çıxması ucbatından 800, Ağdam təmsilçisi isə fanatları pirotexniki vasitədən istifadə etdiklərinə görə 1500 manat cərimə olunub.