"Bavariya"nın müdafiəçisi Erik Dayer çox güman ki, yayda klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı italyan jurnalist və insayder Fabrisio Romanonun sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, 31 yaşlı ingilisin Münhen komandası ilə müqaviləsi başa çatır və hələlik müqavilənin uzadılması ilə bağlı heç bir danışıq olmayıb.
Təcrübəli müdafiəçi "Monako"nun maraq dairəsindədir. Fransa klubu ingilis futbolçu ilə 2027-ci ilin yayına qədər davam edəcək və daha bir mövsüm uzadılmaq imkanı olan müqavilə bağlamaq istəyir.
Xatırladaq ki, Dayer "Bavariya"ya mövsümün əvvəlində "Tottenhem"dən keçib. Ona qədər isə Münhen klubunda 6 ay icarə əsasında çıxış edib. Bu mövsüm müdafiəçi Bundesliqada 18 matçda 1 qol vurub.