"Barselona" Kral Kubokunun finalında "Real" üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

Matc.az xəbər verir ki, qarşılşmadan sonra Kataloniya klubunun azarkeşləri tribunada Londonun "Arsenal"nın bayrağını asıblar.

Xatırladaq ki, Madrid klubu Çempionlar Liqasının 1/4 final mərhələsində "topçular"la üz-üzə gəlib. İlk oyunda "Arsenal" 3:0 hesabı ilə qalib gəlib. İkinci görüşdə isə London klubu madridlilərə 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasından kənarlaşdırıb.

Bu mövsüm "Barselona" və "Real" növbəti dəfə mayın 11-də baş tutacaq La Liqanın 35-ci turunda  qarşılaşacaq. İspaniya Liqasında 33 turdan sonra "Barselona" 76 xal toplayıb və birinci yerdədir. "Real" isə 72 xalla ikinci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest