İspaniya Kubokunun final oyunu keçirilib.

Matc.az xəbər verir ki, həlledici qarşılaşmada əzəli rəqiblər "Barselona" ilə "Real" üz-üzə gəlib.

Sevilyada baş tutan görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə edilmiş vaxtda isə Kataloniya təmsilçisi hesabda tarazılığı poza bilib. "Barselona" 3:2 hesabı ilə qələbə qazanaraq, kuboka sahib olub.

İspaniya Kuboku
Final

"Barselona" ­– "Real" - 3:2
Qollar:
 Pedri, 28, Torres, 84, Kunde, 116 // Mbappe, 70, Tçaumeni, 77
Qırmızı vərəqələr: Rüdiger, 120+3, Vaskes, 120+4

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest