26 Aprel 2025, 18:25
FUTBOL
"Seltik" Şotlandiya Premyer Liqasının 34-cü turunda "Dandi Yunayted" üzərində inamlı qələbə qazanıb - 5:0.
Matc.az xəbər verir ki, "Seltik" mövsümün bitməsinə 4 tur qalmış ikinci yerdə qərarlaşan "Reyncers"i 17 xal qabaqlayaraq vaxtından əvvəl çempionluq titulunu qazanıb.
Qeyd edək ki, bu, "Seltik"in 55-ci Şotlandiya çempionluğudur.