Rusiya kubokunda final görüşü keçirilib. Matc.az saytının məlumatına görə, "Ural" üzərində 1:0 hesablı qələbə qazanan "Lokomotiv" titula yiyələnib.
Bu, "dəmiryolçular"ın tarixi ərzində 8-ci ölkə kuboku zəfəri olub. Maraqlıdı ki, "Loko" 6-cı dəfə Yuri Syominin rəhbərliyi altında buna nail olub. Digər iki uğur isə Anatoni Bışovets (2007) və İqor çerevçenkonun (2015) dönəmində qazanılıb. Sabiq "Qəbələ"li Syomin 2007-ci ildə Moskva klubunun prezidenti kimi ölkə kubokuna sahib çıxıb.
Bu mənada rekordçu olan Syomini 4 kubokla Valeri Qazzayev izləyir.