"Liverpul" PSJ-nin 18 yaşlı yarımmüdafiəçisi Uorren Zair-Emeri ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Anfield Watch" məlumat yayıb.
Bildirilir ki, ingilis klubu artıq fransalı futbolçunun agenti ilə əlaqə saxlayıb. Mersisaydlıların skautinq şöbəsi hesab edir ki, Zair-Emeri ilə danışıqlar mübət nəticələnəcək. "Liverpul"un 18 yaşlı futbolçunun transferi üçün 65 milyon avrodan çox ödəməyə hazır olduğu vurğulanır.
Qeyd edək ki, Zaire-Emeri PSJ-nin yetirməsidir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 29 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
18 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 60 milyon avrodur.